“Az qala namaza başlamışdım” - Sərnişin təyyarə qanadının havada qopduğunu görüb - VİDEO

San-Fransiskodan Bostona (ABŞ) uçan “United Airlines” təyyarəsinin göyərtəsində fövqəladə hadisə baş verib.
Sfera.az bildirir ki, uçuş zamanı təyyarə sağ qanadın bir hissəsini itirib, nəticədə ekipaj Denver hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.
Təyyarədə olan 165 sərnişindən biri, 67 yaşlı amerikalı Kevin Klark bu hadisə ilə bağlı daha ətraflı danışıb. Kişinin sözlərinə görə, havaya qalxdıqdan az sonra qəflətən əvvəl olmayan güclü titrəmə hiss edib.
Tezliklə təyyarənin pilotu sağ qanadın kiçik zədələndiyini və Denverə təcili eniş edəcəklərini bildirib. Kevin pərdəni açıb özü pəncərədən baxanda panelin bir hissəsinin sözün əsl mənasında dağıldığını görüb.
"Biz Denverə enmək üzrəyik və qanad qırılır"-deyə Kevin canlı yayımladığı bir videoda deyir.
Sonradan məlum olub ki, uçuş və eniş zamanı qanadın qaldırılmasını idarə edən panellərdən biri zədələnib. Bu strukturun bir hissəsi naməlum səbəbdən sökülüb.
Klark, daha ona baxmağa dözə bilməyəcəyini görüb.
"Mən sadəcə olaraq dua etməyə başladım, bir az keçsə ibadətə də başlayacaqdım"-deyə o gülür.
Xoşbəxtlikdən ekipaj təyyarəni təhlükəsiz yerə endirməyi bacarıb. 165 sərnişinin hamısı zərər görmədən, başqa bir “United” təyyarəsinə köçürülüb, növbəti reyslə Bostona uçublar.
Şirkət zərərin nədən ibarət olduğunu bildirməyib. ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı daxili araşdırma apardığını bildirib.
Aysel
Sfera.az