Rusiyaya xəyanət edən pilot İspaniyada öldürüldü – TƏFƏRRÜAT

Rusiyaya xəyanət edən pilot İspaniyada öldürüldü – TƏFƏRRÜAT

2023-cü ilin avqustunda Ukrayna-Rusiya müharibəsi zamanı tərəfini dəyişərək Ukraynaya qaçan Rusiyanın hərbi pilotu Maksim Kuzminov İspaniyanın Alikante şəhərində öldürülüb. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş pilot bir evin qarajının girişində odlu silahla qətlə yetirilib. 


İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin xəbərinə görə hadisə bu il fevralın 13-də baş verib. Hadisə şahidlərinin verdiyi məlumata əsasən, qatil tapançada olan bütün gülləri istifadə edib, daha sonra isə avtomobili ilə meyiti əzib.


Araşdırma zamanı meyitin üstündən Ukrayna vətəndaşına aid şəxsiyyət vəsiqəsi tapılıb.


Ukrayna mediası isə yazır ki, Kuzminov 9 avqust 2023-cü ildə istifadə etdiyi “Mi-8” tipli helikopterlə Ukrayna ərazisinə daxil olaraq Rusiyadan imtina edib. Bu əməli törədən zaman rus pilot Ukrayna Hərbi Kəşfiyyat Mərkəzi ilə razılaşma əldə edib və qarşı tərəfə keçib. 


Vasif


OXŞAR XƏBƏRLƏR