Logo

Kaliforniya ABŞ-dan ayrılır

Kaliforniya ABŞ-dan ayrılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kaliforniya ştatının ABŞ-dan ayrılması ilə bağlı referendum keçirilə bilər. Bu barədə şəhər sakinləri ştat prokurorluğuna müraciət ediblər

AzVision.az "The Los Angeles Times”-a istinadən xəbər verir ki, referendumun təşəbbüskarı "Yes California” hərəkatıdır. Fəallar onların təşəbbüsünün "Calexit: Kaliforniyanın müstəqilliyi ilə bağlı 2019-cu ilin plebissiti” adı altında qeydiyyata alınmasını istəyiblər.

Ərizənin qeydiyyatından sonra onlar referenduma dəstək imzaları toplayacaqlar. Təşəbbüskarların sözlərinə görə, onlar artıq 13 min toplayıblar.

Hərəkatın həmtəsisçisi və vitse-prezidenti Markus Ruis Evans bildirib ki, referendumun keçirilməsi haqda məsələnin gələn il qaldırılması planlaşdırılırdı, lakin Donald Trampın seçkilərdə qalib gəlməsi onları bu prosesi sürətləndirməyə məcbur edib: "Bütün bunlar realdır. Biz buna ciddi yanaşırıq”.

Kaliforniyanın müstəqilliyinin tərəfdarları səsvermənin 2019-ci il martın 13-də keçiriləcəyinə ümid edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR