Tibbdə bir ilk - Amputasiyaya ehtiyac olmayacaq

Tibbdə bir ilk - Amputasiyaya ehtiyac olmayacaq

Donvurma milyonlarla insan üçün illik bəladır, soyuq mövsümlərdə xüsusilə soyuq ölkələrdə yaşayan insanlara təsir göstərir. O, gözə görünməzdir və bəzən insanı əza hissələrindən məhrum edir. Ən pisi isə odur ki, bunun müalicəsi heç vaxt olmayıb. Amputasiya çox vaxt yeganə seçim olub. İndi isə alimlər hər il yüz minlərlə insanı əl-ayaqsız qoyan şaxta üzərində qələbə qazanınb.
 

Sfera.az bildirir ki, bu yaxınlarda ABŞ Qida və Dərman İdarəsi (FDA) əl və ayaq barmaqları cərrahın neştərindən xilas edə biləcək inqilabi dərman təsdiqləyib.
Dərmanın təsdiqlənməsi ilə, hətta şiddətli donmadan sonra da əl və ayaq barmaqlarını xilas etmək perspektivi heç vaxt bu qədər asan olmamışdır.
Yeni dərman artıq insanlar üzərində sınaqdan keçirilib və təsirli olduğu göstərilib.


Donma az da olsa, şiddətli də olsa, soyuqluq hissini xatırlatsa da, bu, yanlış bir hissdir. Bu proses dərimizin üst və altındakı toxumaların sözün əsl mənasında donmağa başladığı, qan axını kəsdiyi, lazım olan köməyi vaxtında almasaq, bəzi olduqca ciddi daxili zədələrə səbəb olduğu bir vəziyyətdir. Bədənə lazımi qayğı olmadan uzun müddət soyuğa məruz qalma və ya buz altında qalma daimi zədələnməyə, hətta əl və ayaq barmaqlarının tamamilə itirilməsinə səbəb ola bilər. Donvurmanın ilk əlamətlərinə uyuşma, dərinin bir qədər rənginin dəyişməsi və sanki dəri üzərində qarşqa gəzməsi kimi bir hiss daxildir. Lakin bunlar ani vaxt ərzində qabarma, mavi və ya ağ dəriyə çevrilə bilər.


Aurlumin adlı yeni dərmanın fəaliyyət prinsipi isə olduqca sadədir. Hər şeydən əvvəl, o, vazodilatatordur, yəni qan damarlarını açmağa kömək edir və qanın sərbəst axmasına imkan verir, donmuş yerlərdə qan laxtalanmasının qarşısını alır. Bu, ən vacib və əsas məqamdır. Çünki normal qan axını olmadan toxumalar o qədər zədələnə bilər ki, amputasiyadan başqa seçim qalmaz.
 

ABŞ Qida və Dərman İdarəsi (FDA), şiddətli donvurmaya məruz qalmış üç qrupdan ibarət 47 nəfər arasında bir klinik sınaqdan sonra Aurlumin dərmanını rəsmi olaraq təsdiqləyib. Bir qrup dərmanı səkkiz gün ərzində gündə altı saat qəbul edib. Nəticədə, onu qəbul edənlər amputasiyadan tamamilə xilas olub.
 

Hətta şiddətli donmadan sonra da əl və ayaq barmaqları xilas etmək heç vaxt bu qədər perspektivli olmamışdı. Dərmanın icazəsi, hər il şaxtaya məruz qalmış milyonlarla insana ümid verir.
 

Bununla belə, FDA “Aurlumin”in yan təsirlərsiz olmadığını da qeyd edir. Lakin bu dərmanın şiddətli donma zamanı amputasiyanın qarşısını almaq potensialı inqilabi xarakter daşıyır. Hal-hazırda məhz bu xüsusiyyəti, bütün yan təsirlərin üstündən xətt çəkir. Dərman inkişaf etdikcə və təkmilləşdikcə, insanları bədən üzvlərinin bir hissəsinin qəfil itirilməsindən xilas olacaq. Bu yüksək effektli və universal dərman vasitəsi isə tibbdə böyük inqilabdır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...