Təhlükəli virus mənbəyi - Sərnişin baqajında 4 mumiya aşkarlandı

Boston hava limanında 4 mumiyalanmış meymun cəsədi tapılıb. Sərnişinin baqajında gizlətdiyi mumiyaları ABŞ Gömrük əməkdaşlarına Baddi adlı xidmət iti kömək edib.
Sfera.az xəbər verir ki, hava limanının rəhbərliyi hadisə barədə dərhal ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə məlumat verib.
Bildirilir ki, sərnişinlərin baqajına adi yoxlama zamanı it səyahətçilərdən birinin çamadanına qəfil reaksiya verib. Gömrük işçiləri sual verdikdə, adam qurudulmuş balıq apardığını desə də, daha ətraflı yoxlama zamanı meymun mumiyaları aşkar edilib.
Bu yaxınlarda Konqo Demokratik Respublikasından Delta Hava Yollarına məxsus təyyarə ilə qayıdan turistin sözlərinə görə, bu “delikates” şəxsi istehlak üçün nəzərdə tutulub.
Qeyd edək ki, Afrikada bu cür delikateslər məşhurdur. Meymun əti tez-tez qurudulur, duzlanır və ya hisə verilir. Yerlilər onu “kol əti” (vəhşi heyvan əti) adlandırırlar.
Bununla belə, təhlükəli infeksiyaların yayılması riskinin yüksək olması səbəbindən bu cür baqajın ABŞ-a idxalı qəti qadağandır.
Yerli Gömrük və Sərhəd Mühafizə İdarəsinin direktoru Julio Caravia:
“Belə ətlərdə xəstəliyə, xüsusən də Ebola virusuna səbəb ola biləcək mikroorqanizmlər ola bilər"-deyə açıqlama verib.
Hava limanının rəhbərliyi hadisə barədə dərhal ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə məlumat verib. Göstərilən qaydada qaçaqmalçılıq yolu ilə gətirilən ətin ölkə ərazisinə keçməsinin qarşısı alınaraq məhv edilib.
Mütəxəssislərin hesablamalarına görə, hər ay ABŞ-a qaçaqmalçılıq yolu ilə təxminən 15 min funt Afrika yabanı əti gətirilir. Sərnişinlər bunu tez-tez çamadanlarında digər məhsulların arasında gizlədirlər.
"Təəssüf ki, bir çox insanlar sözdə kol ətinin idxalı ilə bağlı riskləri düzgün qiymətləndirmirlər. Nəticələri fəlakətli ola bilər, ona görə də biz bu cür halları diqqətlə araşdırırıq"- deyə Julio Caravia əlavə edib.
Aysel
Sfera.az