"Bu il Ukraynaya daha çox sursat göndərəcəyik" - Almaniyanın müdafiə naziri

“Ukrayna bu il ərzində 2023-cü illə müqayisədə 3-4 dəfə çox sursat alacaq”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu, Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti iclasında bildirib.

 

“Deyə bilərəm ki, biz bu il Ukraynaya 2023-cü ildəkindən 3-4 dəfə çox artilleriya mərmisi çatdırmağı planlaşdırırıq”, - Pistorius bildirib. 

 

Onun sözlərinə görə, Almaniya 2024-cü ildə silah-sursat istehsalı üçün 3,5 milyard avro büdcə ayırıb. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR