Eynşteyn 5 yadplanetlinin cəsədinin yarılmasında iştirak edib?

Eynşteyn 5 yadplanetlinin cəsədinin yarılmasında iştirak edib?

Yadplanetlilərin varlığı həyatımıza ilk dəfə 1947-ci ildə Rosvel hadisəsi ilə daxil olsa da, onların varlığı bu günə qədər tam açıqlanmayıb. Həmin illərdə Albert Eynşteynin köməkçisi Dr. Şirli Raytın ölümündən əvvəl verdiyi açıqlamalar yadplanetlilər haqqında hətta onlara inanmayanların da düşüncələrini tamamilə dəyişəcək.


Sfera.az bildirir ki, Albert Eynşteyn sağlığında həmişə yadplanetlilərə inandığını söyləsə də, təbii ki, mövzu ilə bağlı dəqiq məlumat olmayıb.


Məşhur fizikin köməkçisi Dr.Şirli Raytın ifadələrinə görə, Eynşteyn 1947-ci ildə “Roswell UFO” hadisəsində tutulan 5 yadplanetlinin yarılmasını şəxsən həyata keçirib.


“The Sun” qəzetində dərc olunan xəbərə görə, köməkçi Dr. Şirli Rayt, Albert Eynşteynin də 1947-ci ildə “Roswell UFO” qəzasına dəvət edildiyini bildirib.

 


 

Rayt, çox məxfi bir araşdırma olaraq qalan Roswell hadisəsi ilə bağlı açıqlamalarında:


“Uçan nəlbəki disk şəklində, bir növ konkav idi. Onun ölçüsü anqar mərtəbəsinin dörddə biri boyda idi. Gəminin gövdəsi kifayət qədər parlaq idi, lakin biz yaxınlaşdıqca sönükləşdi”-demişdi.


Eynşteynin yadplanetlilərlə bağlı fikirlərini dilə gətirən Rayt məşhur fizikin bu vəziyyəti son dərəcə normal gördüyünü bildirib.


2015-ci ildə ölümündən əvvəl məşhur UFO tədqiqatçısı Şeyla Franklinə müsahibə verən Rayt, Eynşteynin bu vəziyyəti kainat haqqında daha çox şey öyrənmək üçün bir addım olaraq gördüyünü bildirib.


Eynşteyn ilə yarılmada iştirak edən Rayt, 5 yadplanetlinin görünüşü ilə bağlı bunları qeyd edir:
 

“5 yadplanetlinin hamısı bir-birinə bənzəyirdi. Onların boyu təxminən 1,5 metr və saçları yox idi. Böyük qara gözləri var idi, başları olduqca böyük idi. Dəriləri bir az yaşılımtıl rənglə bozun qarışığı idi. Dar paltar geyinmişdilər”.

 

 

Səlahiyyətlilərin tələbi ilə hesabat hazırlayan Eynşteyn bu məsələni heç kimlə paylaşmamaq barədə Rayta da xəbərdarlıq edib.


Rayt ölümündən bir neçə gün əvvəl bu faktları paylaşsa da, o, illərlə hadisənin ört-basdır edilməsinə susub.


Həmişə Marsda və digər planetlərdə həyatın olduğuna inanan Eynşteyn tarixdə ilk yadplanetli ziyarətini şəxsən araşdırsa da, bu açıqlamalardan başqa “Roswell UFO”nun qəzaya uğraması ilə bağlı başqa məlumat yoxdur.


Yadplanetlilərin varlığını bir daha gündəmə gətirən bu xəbərin nə qədər doğru-doğruluğu bəlli olmasa da, insanlarda hələ uzun müddət çaşqınlıq yaradacağı açıq-aydın görünür.

 

Xanım
Sfera.az


OXŞAR XƏBƏRLƏR

MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş- FOTOLAR

6 may tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair ...

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

Mayın 6-da Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siy...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxa...

Bu tarixdə mövsüm finalı edəcək

"Mehmet Fetihler sultanı" serialı mövsüm finalına hazırlaşır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran ...

Leyla və Arzu Əliyevalar Şahzadə ilə sərgidə -FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.   Sfe...

Putin və Netanyahu arasında telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyi münasibətilə təbrik mübadiləsi ...