Evlənmək adı ilə subay qadınların milyonlarla pulunu mənimsədi - FOTO

Evlənmək adı ilə subay qadınların milyonlarla pulunu mənimsədi - FOTO

Çində kasıb kənd ailəsindən olan Qu adlı 33 yaşlı kişi lüks avtomobillər icarəyə götürərək özünü varlı iş adamı kimi təqdim edib. O, ümumilikdə 40 qadına 2 milyon yuandan çox (10,5 milyon) ziyan vurub.

Sfera.az bildirir ki, Qu dələduzluq iddiası ilə 13 il həbs cəzasına məhkum edilib. Qu adlı şəxsin qanunsuz əməlləri ötən ilin fevral ayında Siçuan əyalətində qadınlardan birinin qısqanc sevgilisi biri tərəfindən döyülməsindən sonra üzə çıxıb. Hüquq-mühafizə orqanları qadının fırıldaqçının bank hesabına külli miqdarda pul köçürdüyünü müəyyən ediblər. Daha bir neçə qadın da polisə onun tərəfindən aldadıldıqlarını bildirib.
 

Müstəntiqlər Qunun şəxsiyyətini saxtalaşdırdığını, eyni anda bir neçə qadınla görüşdüyünü, manipulyasiya bacarıqlarından istifadə edərək, qadınları ona borc verməyə inandırdığını müəyyən edib.
 

33 yaşlı Qu Jiangsu əyalətindəki kiçik bir kənddə anadan olub və cəmi iki sinif oxuyub, ibtidai məktəbi yarımçıq qoyub. Evlənsə də, bir neçə il əvvəl boşanıb. Dələduzluq zamanı o, özünü bir tikinti şirkətinin rəhbəri kimi göstərib, borc pulla lüks avtomobillər icarəyə götürüb, saxta mülklər alıb və hətta onu şəhər ətrafına aparıb-gətirmək üçün bir sürücü də işə götürüb.
 

Qu, potensial qurbanlarını tanışlıq saytlarında tapıb. O, fəaliyyətini dayandırmış şirkətinin müvəqqəti nağd pul axını problemi yaşadığını və ya yenicə sərmayə qoyduğunu iddia edərək, qadınlardan borc istəyib. Qadınlar onun ekstravaqant həyat tərzinə görə zəngin olduğuna o qədər əmin olublar ki, Quya pulları heç düşünmədən veriblər. 2022-ci ildə bəzi "sevgililəri" onun pulu qaytarmadığını görüb nəyinsə səhv olduğundan şübhələniblər.

 

Fırıldaqçı daha sonra ölkənin cənub-qərbindəki Sıçuan əyalətinə köçüb. Burada insanlara başqa şəhərdən olan tikinti şirkətinin müdiri olduğunu, bir neçə mülkə və avtomobilə sahib olduğunu deyib. O, boşandığını və həyat yoldaşı axtardığını deyib. Qadınları cəlb etmək üçün Qu onlara ev və dəbdəbəli avtomobillər alacağına söz verib. O, münasibətdə səmimi olduğunu sübut etmək üçün qızların valideynləri ilə də görüşməyi təklif edib.


Həmin şəxs dələduzluq ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onu 200 min yuan (təxminən 47 min Azn) məbləğində cərimələyib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR