Trampa görə Baydeni TƏNQİD ETDİLƏR: \"ABŞ-ni düşün, istefa ver!\"

Trampa görə Baydeni TƏNQİD ETDİLƏR: \

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampı NATO-nun Avropa üzvlərinə yardımdan imtina ilə bağlı bəyanatına görə tənqid edib.

 

Sfera.az xəbər verir ki, Tramp bir gün əvvəl alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini Rusiyanın hücumundan qorumayacağını bildirib. Bu sözlər Vaşinqtonun avropalı tərəfdaşlarını şoka salıb.

 

"Ukraynanın nə üçün vacib olduğunu bilmək istəyirsiniz? Çünki gördüyünüz kimi, Putin daha böyük mükafatlara diqqət yetirir", - Bayden X sosial şəbəkəsində yazıb.

 

Bir sıra istifadəçilər cavab olaraq Baydeni tənqid edərək qeyd ediblər ki, prezident Ukraynanı yox, ABŞ-ni düşünməlidir. Ondan bu cür açıqlamalar verməklə özünü biabır etməməsi və istefa verməsi istənilib.

 

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın NATO ölkələrinə hücum etmək planının olmadığını qeyd edib və vurğulayıb ki, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün Rusiya təhdidindən istifadə edirlər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR