ABŞ-nin müdafiə naziri yenidən xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır

ABŞ-nin müdafiə naziri yenidən xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır

ABŞ-nin müdafiə naziri Lloyd Ostin reanimasiyaya yerləşdirilib. 


Sfera.az xəbər verir ki, bununla bağlı Pentaqon açıqlama yayıb. 


Açıqlamada qeyd edilir ki, vəziyyəti yenidən ağırlaşan Lloyd Ostin xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. 


Vəzifəsini icra edə bilməyən naziri müavini Ketlin Hiks əvəz edəcək. 


Ostin prostat xərçəngindən əziyyət çəkir. O, bu yaxınlarda prostat xərçəngindən müalicə olunduqdan sonra vəzifəsinin icrasına başlamışdı.


Vasif


OXŞAR XƏBƏRLƏR