Azərbaycanlı qız ABŞ-də pilot oldu - FOTO

Azərbaycanlı qız ABŞ-də pilot oldu - FOTO

ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq.

 

Sfera.az  Oxu.az-a istinadla xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-nin ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub.

 

Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir.

 


OXŞAR XƏBƏRLƏR