Avropalı fermerlər Ukrayna ilə sərhədi BAĞLADI

Avropalı fermerlər Ukrayna ilə sərhədi BAĞLADI

Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə etiraz edən polşalı fermerlər yolları və Ukrayna sərhədini bağlayıblar. 


Sfera.az xəbər verir ki, polşalı fermerlər hökumətin onların dolanışıqlarını qorumaq üçün addımlar atmamasına və Avropa İttifaqının siyasətinə etiraz etmək üçün ölkə boyu yolları və Ukrayna sərhəd qapılarını bağlayaraq bir aylıq tətilə başlayıblar. 


Xatırladaq ki, Fransa, Belçika, Portuqaliya, Yunanıstan, İspaniya və Almaniyada fermerlər Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin yaratdığı məhdudiyyətlərə, həmçinin xaricdə artan xərclərə və haqsız rəqabətə etiraz edirlər. Avropaya idxal edilən ucuz kənd təsərrüfatı mallarının əsas hissəsi Ukraynadan gətirilir. Buna görə də yeni aksiyalara başlayan polşalı fermerlər Ukraynadan ucuz ərzaq idxalına etiraz edərək sərhədi bağlayıblar. Təxminən 100 fermer və 50 maşın Ukrayna ilə Medıka sərhəd qapısının girişini bağlayıb, nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Polşa mətbuatında yer alan xəbərlərdə ölkə daxilində 250-dən çox barrikada qurulduğu bildirilir.


Vasif


OXŞAR XƏBƏRLƏR