Kabusların dolaşdığı evi pulsuz da verdilər, alan olmadı - Məcbur sökdülər

Kabusların dolaşdığı evi pulsuz da verdilər, alan olmadı - Məcbur sökdülər

ABŞ-ın Luiziana ştatında 4 ildir ki, heç kim keçmişinə görə pulsuz verilən evi almaq istəməyib. Bina sökülsə də, hər şey bununla da bitməyib.


Sfera.az bildirir ki, bir vaxtlar məşhur “Amityville Dəhşət Evi” ilə müqayisə edilən kabuslu ev artıq yoxdur.


Daşınmaz əmlak agenti Silviya Macleyn (Sylvia McLane) evin tarixini qoruyub saxlamaq istəsə də, heç kim bu evin sahibi olmaq istəməyib. Qaranlıq keçmişlə yanaşı, başqa bir amil də insanları bu evdən hürküdüb.

 

İllərdir ki, dörd otaqlı mülk sakinlərin ürəyinə qorxu salıb. İnsanların çoxu daim bu evin dəhlizlərində yaşlı bir qadının ruhunun gəzməsi barədə qorxunc hekayələr eşidib. Evin tarixini qorumaq istəyən daşınmaz əmlak agenti Silviya 2020-ci ildə Facebook-a 1930-cu illərə aid tikilini pulsuz verməyə cəhd edib. Ancaq onun bu ideyası da uğursuz olub. Qorxuya düşən sakinlər müasir dövrdə belə ürküdücü yaşayış yerinə girməyə qorxublar.

 

Sosial şəbəkə istifadəçilərindən biri yazıb: "Mən bu evdə yaşayan sonuncu kirayəçi idim. Ev cənnət kimi olsa da, ruhlarla ünsiyyət sevmirsənsə, qətiyyən riskə getmək olmaz. Ruhlar evin içərisində əməlli-başlı çox yüksək səslə danışırlar".


Silviyanın evi xilas etmək üçün bütün səylərinə baxmayaraq, o, evin yerlə-yeksan edildiyini təsdiqləyib.


Bu qeyri-adi dərəcədə gözəl evi başqa yerə köçürmək 80 min dollara başa gəlib. 48 hektarlıq master dizaynlı, özəl, qapalı icma hazırda yenidən tikilir və son tamamlama mərhələsindədir.

 


 

Maraqlıdır ki, ev hələ də mühafizə olunur. Evi hələ də Google xəritələrində görmək olar.


Keçmiş sakin Dawn Vallot DeClout əvvəllər evin təxminən 90 yaşında vəfat edən ulu nənəsi Adele Vincentin ruhu tərəfindən təqib edildiyini iddia edib.
 

"Bu evdə ruh var və onun adı Adeldir... mənim böyük nənəm".


 

DeClout ailəsi 1860-cı ildə 160 hektarlıq ərazidə tikilən mülkün 100 ildən çox müddətdə sahib olub. DeClout ailəsi 1981-ci ilə qədər burada yaşayıb.

"Biz ruhum Adel olduğunu düşünürük, lakin o, heç də qorxulu deyil. Adel nənəmiz demək olar ki, 90 yaşına qədər yaşayıb. Həyatı boyu sobanın üstündə qazan qarışdırmaqla keçib ömrü. O, bununla məşhur idi. Xüsusən biz orada yaşadığımız vaxtlarda. Biz daim mətbəxdə onun nəsə bişirdiyini eşidirdik. Ondan başqa o evdə kimsə qazan qapağını ancaq yemək götürmək üçün açıb həmişə”.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...