Logo

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Sfera.az report-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova "Russia Today" telekanalının "Antonimlər" proqramının efirində təsdiqləyib.

O, bunun ilk mübadilə olduğunu deyib.

"Birinci mübadilə oldu - doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Eyni zamanda martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sum vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR