Zelenski Zalujnını istefaya göndərdi, yerinə onu TƏYİN ETDİ

Zelenski Zalujnını istefaya göndərdi, yerinə onu TƏYİN ETDİ
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin edilib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu haqda teleqram kanalında məlumat verib.

 

“Mən general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdim”, - deyə Zelenski açıqlayıb.

 

Qeyd edək ki, bundan əvvəl Sırski Ukrayna quru qoşunlarının komandanı vəzifəsində çalışıb.

 

Xatırladaq ki, fevralın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə görüşdüyünü və iki illik fəaliyyətinə görə ona təşəkkür etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, indi ordu komandanlığını yeniləməyin vaxtıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR