Türkiyədə İŞİD-ə qarşı böyük əməliyyat - ANBAAN VİDEO

Türkiyədə İŞİD-ə qarşı böyük əməliyyat - ANBAAN VİDEO

Türkiyə Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında 33 vilayətin polis idarələri tərəfindən terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat zamanı 147 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

 

Əməliyyatlar Adana, Adıyaman, Afyonkarahisar, Ankara, Antalya, Bingöl, Bitlis, Bolu, Bursa, Çorum, Diyarbakır, Düzce, Eskişehir, İstanbul, Qaziantep, İzmir, Karabük, Kayseri, Kırıkkale, Elazığ, Kırşehir, Kilis, İl Təhlükəsizlik Müdirləri tərəfindən, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Samsun, Şanlıurfa və Yalovada həyata keçirilib.

 

Ali Yerlikaya bildirib ki, xalqın əminamanlığı, birliyi və həmrəyliyi üçün heç bir terrorçuya göz yumulmayacaq.

 

“Təhlükəsizlik qüvvələrimizin üstün səyləri ilə mübarizəmizi davam etdirəcəyik. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...