70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO
Kateqoriya məlum deyil
T

Uqandanın paytaxtı Kampalada 70 yaşlı Safina Namukwaya biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirib.

 

Sfera.az bildirir ki, xəstəxanadan verilən açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu ifadə edilib.

 

Afrikanın ən yaşlı doğum edən qadın olduğu təxmin edilən Namukwayanın bir müddətdir müalicə aldığı və qadının ilk dəfə ana olduğu bildirilib.

 

Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən az dəyər gördüyünü deyib.

 

Ana Namukwaya və körpələrinin səhhəti yaxşıdır.

 

Aynil

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR