Bred Pitt film premyerasında görüntüsü ilə diqqət çəkib

Bred Pitt film premyerasında görüntüsü ilə diqqət çəkib

60 yaşlı amerikalı aktyor Bred Pitt "Bob Marley: One Love" filminin premyerasında iştirak edib. 

 

Sfera.az bildirir ki, Bred Pitt görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. Pərəstişkarları onun "The Amazing Case of Benjamin Button" filmindəki personajı kimi hər il cavanlaşdığı barədə zarafatlar edib. 

 

Aktyor hər il daha gənc görünür.

 

Son zamanlar plastik əməliyyatla bağlı şayiələrdən sonra aktyor sözün əsl mənasında gənc üz cizgilərini nümayiş etdirib. Onun buruq saçları qum rəng tonunda kölgələnib və baxımlı qaşları eyni rəngə boyanıb.

 

Tədbirdə Bred filmin ulduzu, Bob Marlini canlandıran Kinqsli Ben-Adirlə şəkil çəkdirib.

 

Film reqqi ikonu Bob Marlinin şöhrət yolunda çətinliklərə qalib gəldiyi və musiqidə inqilab etdiyi hekayəsindən bəhs edir. Filmdə həmçinin Ceyms Norton və Laşana Linç də çəkilib. Filmin qala- premyerası fevralın 14-nə planlaşdırılıb.

 

Pittin estetik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlər, TikTok-da həkimin onun görkəmini şərh edən videosunun yayılmasından sonra başlayıb.

 

Həkim Dr.Johnny Betteridge hesab edir ki, Bredin gizli şəkildə əməliyyat etdirib və sağalma müddəti iki-üç aya qədər çəkə bilər. 

 

Aktyorun özü isə xarici görünüşdəki dəyişiklikləri şərh etmir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR