Pakistanda partlayışlar: 28 ölü, 40 yaralı

Pakistanda partlayışlar: 28 ölü, 40 yaralı

Pakistanın Bəlucistan əyalətində iki partlayış baş verib.

 

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.

 

Nəticədə 28 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Partlayışlar Pakistan parlamentinin aşağı palatasına sabah keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin ofisləri yaxınlığında baş verib.

 

İlk partlayış müstəqil namizəd Asfand Xan Kakarın ofisinin yaxınlığında baş verib, nəticədə 15 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

 

Seçkilər ərəfəsində ölkədə zorakılıq halları artıb. Xüsusilə, yanvarın 31-də Hayber Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Pakistan Xalq Partiyasının namizədi Seyid Zülfiqar Əli Şah da hücuma məruz qalıb. Hakimiyyət səsvermə zamanı təhlükəsizliyi təmin etmək üçün silahlı qüvvələrdən istifadə etmək qərarına gəlib.


OXŞAR XƏBƏRLƏR