İllərlə mərhum atasının nömrəsinə mesaj göndərən qız sonda cavab alıb

İllərlə mərhum atasının nömrəsinə mesaj göndərən qız sonda cavab alıb

Keti adlı qız gözlənilmədən mərhum atasının nömrəsindən cavab alıb. O, bu inanılmaz hekayənin təfərrüatlarını sosial şəbəkə hesabında paylaşıb.

 

Sfera.az bildirir ki, atası 2020-ci ildə vəfat edən qız, ağrısını yüngülləşdirmək üçün vaxtaşırı onun nömrəsinə mesajlar göndərməyə davam edib.
 

Bir gün çox darıxan bir qız atasına:
 

"Hər gün sənin üçün darıxıram"-yazıb.
 

Qız qəfildən iki sual işarəsi olan cavab mesajı alıb. Məlum olub ki, mobil operator mərhumun nömrəsini başqa abunəçiyə satıb.
 

Keti vəziyyəti başa düşdükdə, adamdan üzr istəyib. Yad adam, öz növbəsində qıza dəstək olmaq qərarına gəlib. O, Ketiyə qara pişiyinin şəklini göndərərək, üzünü güldürməyə çalışıb.


"Bala pişiyimin çıxartdığı oyunu görmək istəyirsən?" – deyə adam ondan soruşub.


Pişiyin adını öyrənən Keti şoka düşüb. Təəccüblüdür ki, bu ə pişiyin adı Keti və ailəsi üçün xüsusi məna kəsb edib. Belə ki, pişiyin adı uşaq ikən Ketinin atasının ona aldığı bala ilə eyni (Lucky) olub.
 

Keti hekayəni sosial mediada paylaşdıqdan sonra onun paylaşımı çoxlu sayda bəyənmə və şərh toplayıb. İstifadəçilər də öz təcrübələrini bölüşüblər.
 

"2011-ci ildə ölümündən sonra atamın mobil nömrəsini uzun müddət aktiv saxladıq. Onun səsini olan mesajları daim eşitmək istəyirdim. Özümü çox həssas və qırıq hiss etdiyim zamanlarda açıb o mesajlara qulaq asıram. Başsağlığı verirəm, dərdinizə şərikəm”.
 

"Atamı 13 il əvvəl itirmişəm. Onun kitab oxuduğunu əks etdirən kaset yazılarım var. Onun üçün çox darıxdığımda zaman dinləyirəm. Bunlar bizim o an dəyər verdiyimiz şeylərdi”.
 

"İşarələr hər yerdə var və bununla atanız sizə sanki işarə verir. Onlar yanımızda olmasa da, hər şeyi hiss edirlər”.

"Mən özüm atayam. Oxuyanda, gözümdən yaş gəldi…..”

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR