Conni Depp və Rod Stüart pişiklər üçün 300 min dollardan çox pul toplayıblar

Conni Depp və Rod Stüart pişiklər üçün 300 min dollardan çox pul toplayıblar

60 yaşlı amerikalı aktyor və musiqiçi Conni Depp və 79 yaşlı britaniyalı müğənni Rod Stüart Londonda özəl xeyriyyə tədbirində birlikdə çıxış edərək 300 min dollardan çox pul toplayıblar. Pullar 1960-cı illərin supermodeli Celia Hammondun sahibsiz pişikləri və pişik balalarını xilas edən “Animal Trust”ın hesabına köçürüləcək.


Sfera.az bildirir ki, “Animal Trust”ın təsisçisi Celia Hammond 40 ildir sahibsiz heyvanları xilas edir. O, pişiklər üçün sığınacaqlar şəbəkəsi təşkil edib.


Rod Stüart “Animal Trust”ın heyvanlar üçün gördüyü maarifləndirmə işləri və vəsait toplanmasına kömək etməkdən çox məmnun olduğunu bildirib.
 

Qeyd edək ki, bu Rod və Conninin birgə ilk çıxışı deyil. Əvvəllər onlar 2023-cü ilin yanvarında əfsanəvi rok-gitaraçı Ceff Bekin xatirəsinə iki konsertdə iştirak ediblər.
 

Ceff Bekin də Hammond ilə dostluq əlaqələri olub. O, hətta Hammondun heyvan sığınacaqlarından birinə himayədarlıq edib.
 

Depp və Stüard tərəfindən toplanan pullar isə heyvanlarını müalicə etməyə imkanı olmayan insanlara köməklik və ya böyük xeyriyyə təşkilatlarından dəstək ala bilməyən xəstə, yaralı heyvanların müalicəsi üçün istifadə olunacaq.


Aynil


 


OXŞAR XƏBƏRLƏR