Kruiz gəmisində 139 sərnişin zəhərləndi

Kruiz gəmisində 139 sərnişin zəhərləndi

“Cunard Cruise Line”a məxsus “Queen Victoria“ (“Kraliça Viktoriya” gəmisinin 107 günlük nağıl kimi səyahəti əsl kabusa çevrilib. Belə ki, sərnişinlər və ekipaj üzvlərinin kütləvi zəhərlənməsi baş verib.


Sfera.az xəbər verir ki, kruiz xətti dərhal gəmidə təmizləmə və dezinfeksiya prosedurlarını həyata keçirib, yoluxmuş şəxslər təcrid edilib.


Gəmidə olan təxminən 139 nəfərim hamısı- 123 sərnişin və 16 ekipaj üzvü ishal, qusmadan şikayətlənib.


İlk hallar yanvarın 22-də, gəmi Fort Lauderdeyldə olan zaman qeydə alınıb. Kruiz xətti dərhal gəmidə təmizləmə və dezinfeksiya prosedurlarını həyata keçirdi və xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxsləri təcrid edib.

Xəstəliyin səbəbi hələ dəqiq məlum olmasa da, ekspertlər kruiz gəmilərinin “norovirus” adlanan virus üçün çoxalma yeri olduğunu qeyd edir. Sıx məskunlaşmış, dar kabinlər və ümumi yerlər mədə-bağırsaq xəstəliklərinin insandan insana sürətlə yayılmasına kömək edir.


“Kraliça Viktoriya” gəmisi 1824 sərnişin və 967 ekipaj üzvü daşıyır. Layner yanvarın 11-də Böyük Britaniyanın Sauthempton şəhərində başlayan 107 günlük səyahət üçün yola düşüb. Marşruta Aruba, Qvatemala, Meksika, San-Fransisko və Havay adalarında dayanacaqlar daxildir.


"Biz təsdiq edirik ki, az sayda “Cunard Cruise Line Company” şirkətinin sözçüsü görülən sağlamlıq və təhlükəsizlik tədbirlərinin effektiv olduğunu bildirib.


Bu gün kruiz gəmisinin San-Fransiskoya (ABŞ) çatacağı gözlənilir. Səfərin başa çatması isə fevralın 12-nə planlaşdırılıb.


Qeyd edək ki, ABŞ yurisdiksiyası altında olan kruiz gəmilərindəki tibb işçiləri, gəmidəki insanların ən azı 2%-i yoluxduğu halda, mədə-bağırsaq xəstəlikləri ilə bağlı Gəmilərin Sanitarlaşdırılması Proqramına məlumat verməlidirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR