Zəlzələ Türkiyədə əhali sayına necə təsir edib? – MÜQAYİSƏ

Zəlzələ Türkiyədə əhali sayına necə təsir edib? – MÜQAYİSƏ

Türkiyə Statistika Təşkilatı 2023-cü ildə ölkənin əhali sayında baş verən dəyişikliklə bağlı məlumatları açıqlayıb. 


Sfera.az quruma istinadən xəbər verir ki, ötən il Türkiyə əhalisinin sayında artım sürəti 0,0071 faizdən 0,001 faizə düşüb. Cüzi artım hesabına Türkiyə əhalisinin sayı 85,37 milyon nəfərə (92,8 min nəfər artım) çatıb. 


Türkiyədə əhali sayındakı artım sürətinin xeyli zəifləməsi ötən il baş verən böyük zəlzələ ilə əlaqələndirilir. 


Zəlzələ baş verən regionlarda hətta əhali sayında azalma qeydə alınıb. Fevral zəlzələlərinin mərkəzi olan Kahramanmaraşın əhalisi 60 min 818 nəfər azalaraq 1 milyon 116 min 618 nəfərə, Hatayın əhalisi əvvəlki ilə nisbətən 141 min 403 nəfər azalaraq 2023-cü ildə 1 milyon 544 min 640 nəfərə enib. Bu dövrdə Malatya əhalisi 69 min 855 azalaraq 742 min 725 nəfərə, Adıyaman əhalisi 30 min 191 azalaraq 604 min 978 nəfərə, Qaziantep əhalisi 10 min 83 nəfər azalaraq 2 milyon 154 min 51 nəfərə, Osmaniyenin əhalisi 1739 nəfər azalaraq 557 min 666 nəfərə, Adananın əhalisi isə 3 min 808 nəfər azalaraq 2 milyon 270 min 298 nəfərə enib.


Zəlzələdən zərər çəkmiş vilayətlər arasında ən çox əhali azalması Hatayda olub. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR