Kral III Çarlz xərçəngə tutuldu: Taxta şahzadə Vilyam keçir?

Kral III Çarlz xərçəngə tutuldu: Taxta şahzadə Vilyam keçir?

Britaniya taxtının varisi Şahzadə Vilyam Kral III Çarlzın bəzi ictimai vəzifələrini öz üzərinə götürə bilər.


Sfera.az xəbər verir ki, bu qərar Britaniya kralının xərçəng xəstəliyindən əziyyət çəkdiyi üzə çıxdıqdan sonra alınıb.

 

 "Sky News" yazdığına görə, bu əsasən kralın ictimai fəaliyyətinə təsir edəcək:

 

"III Çarlz özü konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək. O, Baş nazir Rişi Sunak ilə ənənəvi görüşləri dayandırmaq niyyətində deyil, lakin görüşlər uzaqdan keçirilə bilər. Kral ailəsinin yüksək rütbəli üzvləri, ilk növbədə taxtın varisi Şahzadə Vilyam kralın müalicəsi zamanı onun vəzifələrinin bir hissəsini yerinə yetirəcək. III Çarlz mühüm dövlət sənədlərini qəbul etməyə davam edəcək. Onun həmçinin ayda bir dəfə keçirilən Məxfi Şuranın iclaslarında iştirakı gözlənilir".

 

Məlumata əsasən, kral və kraliçanın yaxın aylarda xaricə səfərləri nəzərdə tutulub və səfərlərlə bağlı heç bir dəyişiklik elan edilməyib. Onlar may ayında Kanadaya, oktyabrda isə Birlik Hökumət Başçılarının görüşü üçün Avstraliya, Yeni Zelandiya və Samoaya uçmağı planlaşdırırlar.

 


Xatırladaq ki, Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğu bildirilib. Bukingem Sarayından verilən məlumata görə, 75 yaşlı monarxda xəstəlik prostat vəzinin böyüməsi ilə bağlı aparılan müayinələr zamanı aşkarlanıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR