Şəxsi həyatına görə "Miss 2024" titulunu itirdi

Şəxsi həyatına görə

Yaponiya gözəllik müsabiqələri tarixində ilk dəfə “Miss Japan” titulunu alan əcnəbi 26 yaşlı model Karolina Şiino (Ukraynalı) mükafatdan imtina edib. Bu barədə model İnstaqram səhifəsində məlumat verib.
 

Sfera.az bildirir ki, bu yaxınlarda Karolina Şiino "Miss Japan 2024" müsabiqəsinin qalibi olub. Ancaq model uzun müddət titul sahibi olaraq qalmayıb.
Onun tituldan məhrum olunmasına səbəb evli kişi ilə münasibəti olub. Təşkilatçılar qızın şəxsi həyatının bütün təfərrüatlarını bilib və dərhal onun yarışmada iştirakına qadağa qoymaq istəyiblər. Bununla belə, Karolina, sevgilisinin ailə vəziyyətini öyrənən kimi onunla münasibəti kəsdiyini bildirib.
 

Sonradan isə ukraynalı modelin təşkilatçılardan üzr istəməsinə baxmayaraq, yuxarıda adıçəkilən kişi ilə münasibətini davam etdirdiyi məlum olub. Bu xəbər yarış təşkilatçılarının və modelin özünün reputasiyasına xələl gətirdiyindən və vəziyyət ictimailəşdiyindən qız özü tituldan imtina etmək qərarına gəlib.


Karolina Şiino bütün səbəbləri ictimaiyyətə izah etmək və şəxsi həyatının təfərrüatlarına varmaq istəməyib. Lakin o, artıq titul sahibi olmadığını təsdiqləyib. O, yalan danışdığına görə də üzr istəyib.
 

Qızın 98 minə yaxın izləyiciləri onu dəstəkləyib:
 

"Karolina, sən ağıllı, gözəl, böyük qəlblisən. Sən yalnız ən yaxşısına layiqsən! Hər bir işində səni dəstəkləyirik”, "Məncə, belə bir şəxsi məsələ səbəb olmamalıdır, amma bura Yaponiyadır. Burada bütün dünya sizin şəxsi həyatınıza müdaxilə edir”, “Mən bunu düzgün hesab etmirəm. Şəxsi münasibətlət və peşəkarlıq ayrılmalıdır. Nə olmasından asılı olmayaraq, sizə inanırıq. Yaponiya vətəndaşı olmaq üçün çox əmək sərf etmisiniz. Təəssüf ki, mediada sadəcə şəxsi münasibətləriniz yer alıb".

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” gəlirlərini açıqladı- 34 milyon

“Qarabağ” Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub.   Sfera.az xəbər verir ki, klubun maliyyə hesabatında qeyd olunub k...

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...