Naxçıvanda yeni institut yaradılacaq

Naxçıvanda yeni institut yaradılacaq

Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq genişlənir.

 

Sfera.az xəbər verir ki, şirkətlə imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.

 

Əməkdaşlığın əsas məqsədi tələbələrə yeni innovativ biliklər öyrətmək, məzunlarını yeni texnoloji çağırışlara hazırlamaqdır. Bu baxımdan yanaşdıqda artıq institut vasitəsilə tələbələr müasir proqram təminatının hazırlanması metodologiyalarını öyrənəcək, müasir texnologiyalarla tanış olacaqlar.

 

IBM üzrə kordinator Səriyə Qasımova bildirib ki, bu institutun yaradılması həmçinin regionda da mühüm inkişafa təkan verəcək. Belə ki, bu institutun yaradılması Naxçıvanı texnoloji mərkəzə çevirmək potensialını daşıyır. Çünki həm məşğulluq potensialı yaratmaq imkanına malikdir. Belə ki, bu institutun yaradılması ilə NDU-nun məzunları, müəllimlər texnologiya sahəsində, proqram təminatının hazırlanması sahəsində təlimlər verəcək, ixtisaslı kadrlar yetişdirəcəkdir ki, bu da mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, sürətlə inkişaf edən rəqəmsallaşdırma dövründə təhsil və texnologiya sahələrində güclü əməkdaşlıqlar həm şirkətlər, həm də təhsil müəssisələri üçün transformativ təsirlər yaradır. Naxçıvan Dövlət Universitetində IBM institutunun yaradılması istiqamətində təlimlər təşkil edilib və təlimləri başa vuran əməkdaşlara şirkətin sertifikatları təqdim olunub. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun bu ilin sentyabrından fəaliyyətə başlaması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...