Azyaşlılarla dini nikaha həbs cəzası

Azyaşlılarla dini nikaha həbs cəzası

Qırğızıstanda yetkinlik yaşına çatmayanlarla dini qaydada nikaha girənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Sfera.az xəbər verir ki, prezident Almazbek Atambayev Qırğızıstanın Ailə kodeksi və Cinayət Məcəlləsinə bununla bağlı edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə görə, cinayət məsuliyyətinə, həmçinin nikah mərasimində iştirakçı olan din xadimləri və valideynlər də cəlb olunacaqlar. 
Qanuna görə, həmin şəxsləri 3 ildən 5 ilə kimi həbs gözləyəcək.


OXŞAR XƏBƏRLƏR