HƏMAS atəşkəs şərtləri ilə RAZILAŞMADI

HƏMAS atəşkəs şərtləri ilə RAZILAŞMADI

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə dair Parisdə əldə olunan razılaşmanı rədd edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

Kanalın həmsöhbətinin sözlərinə görə, Paris razılaşması əsirlərin və girovların mübadiləsinə aid olsa da, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə deyilməyib, HƏMAS isə bu məsələləri əsas məsələlər kimi qeyd edir.

 

"Al Mayadeen"in məlumatına görə, sazişdə həmçinin atəşkəs başa çatdıqdan sonra atəşkəsi təsdiq edən bənd və bundan sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair heç bir təminat yoxdur.

 

Qeyd edək ki, fevralda Qahirədə bir sıra ölkələrin nümayəndələrinin də iştirak edəcəyi, Qəzza ətrafındakı problemin dərindən və hərtərəfli müzakirə olunacağı yeni iclas keçiriləcək. Görüşün nəticələri ilə bağlı HƏMAS-a məlumat veriləcək, bundan sonra yekun cavab veriləcək.

 

Parisdə keçirilən danışıqlarda Misir, Qətər, İsrail və ABŞ nümayəndələri iştirak edib.

 

Xatırladaq ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox şəxsi qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başlanılıb. Bunun məqsədi isə girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi olub.

 

Yanvarın 15-də İsrailin müdafiə naziri Yoav Qalant xalqa müraciətində bildirib ki, ölkənin müdafiə ordusu ( IDF ) Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə Fələstin anklavının cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir. 

 

Nazir həmçinin Qəzza zolağının İsraili təhdid etməyən qüvvələrə əsaslanan Fələstin hökuməti tərəfindən idarə edilməli olduğu fikrini də ifadə edib.

 

Bundan əvvəl isə HƏMAS İsrail həbsxanalarında olan 3 min fələstinli məhbusun Qəzza zolağında saxlanılan 36 məhbusla dəyişdirilməsini tələb edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda meşədə yanğın davam edir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə mə...

"Namiq Qaraçuxurluya "yox" dediyim üçün peşmanam, böyük səhv etdim"

Müğənni İradə İbrahimova maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, Namiq Qaraçuxurlunun "Cavanlıq səhvi" mahnısından danışan ifaçı...

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...