Mələfələrin köməyi ilə həbsxanadan qaçıb - İtalyan mafiya başçısı Fransada saxlanıldı

Mələfələrin köməyi ilə həbsxanadan qaçıb - İtalyan mafiya başçısı Fransada saxlanıldı

İtaliyalı mafiya başçısı Fransada saxlanılıb.


Sfera.az bildirir ki, Marko Raduano narkotik ticarəti və digər cinayətlərə görə 24 il həbs cəzasına məhkum edilib. O, cəza çəkdiyi Sardiniya adasındakı həbsxanadan qaçmağa çalışarkən Fransada saxlanılıb.
 

Marko Raduanonun Korsika adasında saxlanıldığını Fransa və İtaliya rəsmi mənbələri də təsdiqləyib. Qeyd edək ki, onun adı “Europol”un Avropanın ən çox axtarılan qaçaqları siyahısında yer alıb.



“Europol”un məlumatına görə, Marko Raduano narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qanunsuz hərəkətlərlə bağlı cinayətlərə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.



2023-cü ilin fevralında o, mələfələrdən istifadə edərək, divardan aşağı sürüşməklə həbsxanadan qaçıb.



Raduano Aleria şəhərində gənc qadınla birlikrə restoranda nahar edərkən saxlanılıb.


İtalyan səlahiyyətliləri Raduanonun yaxın adamı Canluici Troianonun da İspaniyanın cənubundakı Qranada yaxınlığında saxlanıldığını açıqlayıb.



Xatırladaq ki, 40 yaşlı Raduano Siciliya, Kalabriya və Neapolun daha məşhur olan təşkilatlarından sonra İtaliyanın dördüncü mafiyası adlandırılan “Foggia” cinayət sindikatının rəhbəridir.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...