Elif Şafak cəzalandırıldı

Elif Şafak cəzalandırıldı

İstanbuldakı Anadolu Birinci Fikir və Patent Hüquq Məhkəməsi Elif Şafakın "Bit sarayı" romanının Mine Kırıkkanatın "Milçək sarayı" romanından plagiat olduğuna dair hökm çıxarıb.

 

Məhkəmənin təyin etdiyi 3 nəfərdən ibarət mütəxəssislər heyəti 2002-ci ildə çap edilən "Bit sarayı" romanının 1990-cı ildə çap edilən "Milçək sarayı' romanından plagiat olduğunu 44 maddədən ibarət "Səbəblər" bölməsində  geniş şəkildə ifadə edib. Məhkəmənin hökmünün elan edilməsindən sonra ictimaiyyətə müraciət imzalayan bir qrup türk yazıçısı mübahisəli məsələlərin məhkəmələrdə yox, qələm sahiblərinin öz aralarında həll edilməsinin lüzumuna diqqəti cəlb edib.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı "Turan" agentliyinə müasir türk nəsrinin dünya miqyasında tanınmış nümayəndəsi Mine Kırıkkanat açıqlama verib.

 

“İki alim oxucum Türkiyədə və dünyada FETÖ-nün dəstəyi ilə tanıdılan Elif Şafakın mənim romanımdan plagiat etməsinə dair xəbərdarlıq edənə qədər  onun heç bir romanını oxumamışdım. Ona görə məhkəmə iddiası qaldırmaqda gecikmişdim. Ancaq gecikməyim yaxşı oldu, çünki bu iddiamı FETÖ-nün Türk ədliyyəsinə hakim olduğu dönəmlərdə qaldırsaydım, FETÖ-çü hakimlər heç bir addım atmayacaqdı. Əslində 2002-ci ildə Elif Şafak-ın mənim kitabımdan hər şeyi oğurlaması onun arxasında duran FETÖ-nün o vaxtkı gücündən irəli gəlirdi. Mənim 189 səhifədən ibarət kitabımı söz yığınıyla böyüdərək 400 səhifəyə çatdırıb. Ancaq həqiqlətlər bir gün mütləq ortaya çıxır. Anadolu Birinci Fikir və Patent Hüquq Məhkəməsinin çıxardığı hökm appelyasiyadan sonra qətiləşsə, kitab bazarındakı "Bit sarayı"nın nəşrləri mağazalardan yığışdırılacaq, kitab yenidən nəşr edilə bilməyəcək və məhkəməni uduzan "Doğan Kitapçılık" nəşriyyatı ilə Elif Şafak ən yüksək tirajlı 3 qəzetdən birində məsrəfini özləri ödəyərək məhkəmənin çıxardığı plagiat hökmünü çap etdirmək məcburiyyətində qalacaqlar. Bundan başqa mənə mənəvi təzminat ödyəcəklər”.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...