Almaniyada fermerlərdən etiraz

Almaniyada fermerlərdən etiraz

Almaniyalı fermerlər güzəştlərin ləğvinə etiraz əlaməti olaraq Frankfurt-Mayn hava limanı ərazisində növbəti etiraz aksiyası keçiriblər.

 

Bu barədə DPA agentliyi yazıb.

 

Qeyd olunur ki, fermerlər hava limanına aparan bir neçə yolu bağlayıblar.

 

Aksiyaya gün ərzində 2 minə yaxın kənd təsərrüfatı texnikası cəlb olunacaq. Axşam saatlarına qədər hava limanına gedişin çox çətin olacağı gözlənilir. Şəhər polisi vətəndaşları şəxsi avtomobilləri ilə aeroporta getməkdən çəkinməyə çağırıb.

 

Xatırladaq ki, Almaniya hökuməti daha əvvəl 2024-cü il üçün büdcə qənaəti axtarmağa məcbur qalıb. Bu, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən hökmündən sonra zəruri olub. Qənaətlərlə bağlı bəzi maddələr fermerlərə aid olub. Onların dizel yanacağı alışı zamanı endirimlərdən və vergi güzəştlərindən məhrum edilməsi nəzərdən keçirilib. Ölkənin Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə hər il 480 milyon avro qənaət etməyə kömək edəcək. Bunun ardınca genişmiqyaslı etirazlar baş verib. Yanvarın 4-də məlum olub ki, Almaniya Nazirlər Kabineti planı korrektə edib: güzəştlər dərhal yox, tədricən, özü də tam həcmdə olmadan ləğv ediləcək. Fermerlər bununla da razılaşmayıb və etirazlarından əl çəkməyəcəklərini bildiriblər.

 

Alman fermerlər yanvarın 8-də etiraz aksiyalarına davam ediblər. Onlar Almaniyanın müxtəlif yerlərində federal magistrallardakı qovşaqları və yük limanlarındakı konteyner terminallarını bağlayıblar. Yanvarın 15-də Berlində genişmiqyaslı nümayiş keçirilib; etirazçılar Brandenburq qapısına 5 min kənd təsərrüfatı texnikası toplaya bilib.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...