Evinin qarajından nüvə raketi tapıldı – ABŞ-də maraqlı hadisə

Evinin qarajından nüvə raketi tapıldı – ABŞ-də maraqlı hadisə

ABŞ-də Vaşinqton əyalət polisi şikayət əsasında bir evin qarajında köhnə və paslanmış nüvə raketi tapıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı BBC yayıb. 


Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi alıb. Bir şəxs muzeyə boş raket bağışlamaq istədiyini bildirib. Bu təkliflə bağlı muzey rəhbərliyi Belvyu şəhər polisinə zəng vurub. Polis şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərərək boş vəziyyətdə olan raketi yoxlayıb. 


Yoxlama zamanı aydın olub ki, muzeyə bağışlanmaq istənən nüvə raketidir. Polis tapılan raketin əvvəllər “MB-1” kimi tanınan “Douglas AIR-2 Genie” tipli, nüvə başlığı daşımaq üçün nəzərdə tutulan havadan havaya idarə olunmayan raket olduğunu aşkarlayıb. 


Raketin üzərində döyüş başlığı olmadığı üçün o, təhlükə yaratmayıb. Raketin sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb. 


Araşdırma zamanı o da bəlli olub ki, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə başa çatıb.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...