"Ərazimizdən döyüş meydanı kimi istifadə etməyin!" -  İraqdan ABŞ-yə SƏRT REAKSİYA

ABŞ Suriya və İraqda 85 hədəfə zərbə endirdiyini bildirdikdən sonra İraq hökumətindən reaksiya gecikməyib.

 

Sfera.az xəbər verir ki, İraq ABŞ-ni ərazilərindən döyüş meydanı kimi istifadədə ittiham edib.

 

İraq hökumətinin sözçüsü Bassem əl-Avadi verdiyi açıqlamasında bildirib ki, ABŞ-nin zərbə endirdiyi məkanlar arasında dövlətin təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazilər də olub.

 

"Torpaqlarımız və suverenliyimiz düşmənlərin mesaj mübadiləsi və ya güc nümayişi obyekti deyil", - Bassem əl-Avadi əlavə edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR