ABŞ ordusu İraqı və Suriyanı VURDU

ABŞ ordusu İraqı və Suriyanı VURDU

ABŞ hərbi qüvvələri İraq və Suriyada 85-dən çox hədəfi vurub.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib.

 

Məlumata görə, hava zərbələri çoxlu sayda təyyarə ilə həyata keçirilib, 125-dən çox dəqiq döyüş sursatından istifadə edilib. Zərbələrə məruz qalan obyektlər arasında komanda və idarəetmə əməliyyatları mərkəzləri, kəşfiyyat mərkəzləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlər var. 

 

Bəyənatda bu addımın İordaniyada ABŞ hərbçilərinə qarşı hücuma cavab olaraq atıldığı qeyd olunub.

 

Xatırladaq ki, ABŞ İordaniyadakı Amerika əsgərlərinin İraqdakı İslam Müqaviməti Hərəkatı tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Pentaqonun məlumatına görə, zərbə nəticəsində 3 ABŞ hərbçisi həlak olub, 40-dan çoxu isə yaralanıb. ABŞ hadisəyə görə İranı günahlandırıb.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...