\"Rocky\" filminin ulduzu vəfat etdi

\

"Rokki" filminin ilk 4 hissəsində rol alan boksçu Apollo Krid kimi Hollivuda damğasını vuran keçmiş NFL oyunçusu Carl Weathers (Karl Uezer) 77 yaşında vəfat edib.
 

Sfera.az xəbər verir ki, Karl həmçinin “Predator”, “Happy Gilmore” və “The Mandalorian” kimi filmləri ilə tanınır. Uezerin kino karyerası 50 il davam edib və bu müddət ərzində o, 75 film və teleserialda rol almağı bacarıb.
 

Uezer 14 yanvar 1948-ci ildə Yeni Orleanda anadan olub. O karyerasında gec intibah dövrünü yaşayıb və "Mandaloriyalı” serialından yeni nəsil pərəstişkarlarına tanışdır. Bu filmdə o, baş qəhrəmanın rəsmi və müttəfiqinə çevrilən ovçu Qref Karqa rolunu oynayıb.


Digər rollarla yanaşı, Uezer “Oskar” mükafatlı “Oyuncaq hekayəsi 4”də döyüşçü Karl rolunu səsləndirib.
 

Bütün bunlardan sonra o, rejissorluq sahəsinə addım atıb - "The Mandalorian"ın iki epizodunda, eyni zamanda "Qanun və Nizam" və "Chicago Med" seriallarında iştirak edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR