Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır

Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır

Rusiyada ölkə pasportu almış miqrantlar üçün hərbi xidmətə çağırış 50 yaşa qədər artırıla bilər.

 

Bu barədə Dövlət Dumasına deputatlar Aleksey Juravlyov, Aleksandr Boroday və Mixail Şeremet tərəfindən qanun layihəsi təklif edilib.

 

Onların sözlərinə görə, əcnəbilər xüsusi olaraq “yaş həddi çatana” (hazırda 30 yaş) qədər gözləyirlər və yalnız bundan sonra vətəndaş olurlar.

 

Müəlliflər Daxili İşlər Nazirliyinin statistik məlumatlara istinadla bildiriblər ki, ötən ilin yanvar-oktyabr aylarında 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub.

 

Xatırladaq ki, bundan əvvəl də Rusiyada işləyən əcnəbilər üçün yeni öhdəliklər qüvvəyə minib. Belə ki, 2024-cü il yanvarın yeddisindən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...