Ukrayna Rusiyanın raket gəmisini məhv etdi

Kateqoriya məlum deyil
T
Ukrayna Rusiyanın “İvanovets” raket gəmisini məhv edib.
Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.
Onun sözlərinə görə, gəminin gövdəsinə ümumilikdə altı zərbə endirilib.
K.Budanov əməliyyatın detallarını açıqlamayıb.






