Bayden israillilərə sanksiya tətbiq edir - Sərəncam imzalanacaq

Dünya
23:12 / 01.02.2024
5236
ABŞ Prezidenti Co Bayden cümə fevralın 1-də İordan çayının qərb sahilində məskunlaşan israillilərə qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayacaq.
Sfera.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Prezident administrasiyasının rəsmisi “Bu gün prezident Bayden İordan çayının qərb sahilində sülh, sabitlik və təhlükəsizliyə xələl gətirənlərə qarşı mübarizə aparmaq üçün bir sıra tədbirləri özündə əks etdirən yeni sərəncam imzalayacaq”-deyə bildirib.
Əzizə