Dağıstanda ticarət mərkəzləri kompleksində güclü yanğın oldu

Dağıstanda ticarət mərkəzləri kompleksində güclü yanğın oldu

Dağıstan Respublikasının Buynaksk şəhərində ticarət mərkəzləri kompleksi yanıb.
 

Sfera.az bildirir ki, yanğın əvvəlcə Mərkəzi Univermağın ikimərtəbəli binasında baş verib, daha sonra qonşu ticarət mərkəzlərinə keçib. Yanğın sahəsi ən azı 1200 kvadratmetrdir.
 

KİV-in məlumatına görə, ikimərtəbəli binanın dam örtüyü yanıb. Daha sonra, Rusiya Fövqəladə Hallar Nazirliyi 27 nəfərin təxliyə edildiyini bildirib.


Rusiya təhlükəsizlik rəsmiləri yanğının səbəbini açıqlamayıb.


Qeyd edək ki, ötən gün Moskvada Rusiya Federasiyası Kommunist Partiyası komitəsinin binası da yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtım mərkəzində yerləşən inzibati binanın ikinci mərtəbəsi yanıb. Yanğın sahəsi 10 kvadratmetr olub.


Çərşənbə günü, yanvarın 24-də Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində partlayış səsləri eşidilib, daha sonra “Rosneft” neft bazasında yanğın baş verdiyi məlum olub.

 

Yanvarın 21-də Sankt-Peterburq yaxınlığındakı limanda yanğın baş verib. “Novatek” şirkətinin Ust-Luqa neft terminalının obyektlərinə pilotsuz təyyarələrin hücum edildiyi, iki partlayış baş verdiyi bildirilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşero...