Rusiya helikopteri Suriyada qəzaya uğradı - Ekipaj üzvləri həlak oldu

Suriyada Rusiyaya məxsus Mi-8 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj üzvləri hamısı həlak olub.
Sfera.az bildirir ki, bu barədə fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin kapitanı İlya Tumanov Teleqram kanalında məlumat verib. Rəsmi olaraq qəzanın səbəbləri məlum deyil. Helikopterin hava şəraitinin kəskin pisləşməsi səbəbindən düşdüyü güman edilir.
İlkin məlumata görə, Mi-8 helikopteri meteoroloji şəraitin kəskin pisləşməsi səbəbindən dərədə oriyentasiyasını itirib. Nəticədə ekipaj üzvləri həlak olub.
Qeyd edək ki, Rusiya Federasiyası Suriyada Mi-8 helikopterinin qəzaya uğraması hadisəsinə hələ rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, ötən ay ərzində Rusiya helikopterlərinin bir çox qəzaya uğraması faktları qeydə alınıb.
Yanvarın 17-də Rusiya KİV-i Qırğızıstanda Bişkek yaxınlığında Rusiyaya məxsus Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində azı bir nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı barədə məlumat yayıb. Qırğızıstan Müdafiə Nazirliyinin məlumatına görə, helikopter təlim uçuşu zamanı təcili eniş edib.
Yanvarın 18-də məlum olub ki, Mi-8 helikopteri Bryansk vilayətində magistral yola ciddi ziyan vurub, digəri isə Qırğızıstanda qəzaya uğrayıb.
Xatırladaq ki, yanvarın 17-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus helikopter Bryansk vilayətində magistral yolda məcburi eniş edib. Nəticədə yüksək gərginlikli xətt qırılıb, lakin ekipajın xəsarət almadığı iddia edilir.
Aysel
Sfera.az