Deputatdan Kiyevlə bağlı BMT-yə MÜRACİƏT: “Artıq vaxtı çatıb”
“BMT Ukraynanın təcavüzkar ölkə kimi tanınması məsələsinə start verilməlidir”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet “RİA Novosti”yə açıqlamasında deyib.
Şeremetin sözlərinə görə, BMT-nin Beynəlxalq Məhkəməsi Rusiyanı təcavüzkar ölkə kimi tanımaq istəyən Kiyev hakimiyyətinin rolunu vurğulayıb. Öz növbəsində o, Ukraynanı belə bir dövlət hesab etməyə çağırıb. Onun fikrincə, bütün dünya Kiyevin cinayətləri haqqında bilməlidir.
“Lakin Ukrayna məhz işğalçıdır, Donbas, Belqorod vilayəti, Krımı vəhşicəsinə atəşə tutur, işğal edilmiş Rusiyanın yeni rayonlarının, ərazilərinin bir hissəsində yerli əhalinin terrorunu davam etdirir. Əminəm ki, BMT-də Ukraynanın təcavüzkar ölkə kimi tanınması məsələsini qaldırmağın vaxtı çatıb”, - deyə parlamentari qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Haaqa məhkəməsi Kiyevin Moskvadan tələb etdiyi ödənişlərin məbləğini rədd edib. Lakin Rusiyanı Ukraynanın şərqindəki münaqişə zamanı antiterror sazişlərini pozmaqda ittiham edib. Hakimlərin fikrincə, Moskva Kiyevi ölkənin təhlükəsizliyinə təhdidlər barədə vaxtında xəbərdar etməyib.
Əzizə Zeynal