Britaniyanın ilk homoseksual atası qızına bir ayda 4 maşın aldı - Qızı isə narazıdır

Britaniyanın ilk homoseksual atası qızına bir ayda 4 maşın aldı - Qızı isə narazıdır

Böyük Britaniyalı multimilyonçu Barri Drewitt-Barlow qızına bir ay ərzində 4 avtomobil hədiyyə edib. Lakin qız onlardan birini yaşlı xanım avtomobilinə bənzədiyi üçün bəyənməyib.

Sfera.az bildirir ki, multimilyonçu iş adamı keçmiş əri Toni ilə birlikdə İngiltərədə surroqat ana vasitəsilə övlad sahibi olan ilk homoseksual valideynlər olublar. Onlar bir müddət bütün dünya mediasının manşetlərinin əsas mövzusu olub. Britaniyanın ilk homoseksual valideynləri Barry və Tony Drewitt-Barlowun qızı Saffron Drewitt-Barlow, valideynlərinin kredit kartlarından istifadə edə bilir və bir neçə gün ərzində asanlıqla 30.000 funt sterlinq xərcləyə bilər. Bu yaxınlarda qız atasının ona təklif etdiyi "Mercedes"i bəyənməyib.


200 milyon funt-sterlinq sərvəti və səkkiz övladı olan Barri Drewitt-Barlow əkizlərindən birinə Saffrona 232 min funt sterlinq dəyərində “Mercedes GLE” hədiyyə edib. Bundan əvvəl qız “Range Rover” və başqa avtomobili də bəyənməyib.

 



"Görən kimi xoşuna gəlmədi. Mən sözün əsl mənasında bilmirəm, qızı xoşbəxt etmək üçün başqa nə edə bilərik. Saffronanın hər şeyin ən yaxşısını istəməyə meyli var. Son bir neçə ildə müxtəlif avtomobillər dəyişib. Dedim ki, onlar təhlükəli avtomobillərdir, çox sürətlidirlər. Qızımın onları sürməsi və bu barədə düşünməməsi məni çox narahat edir”– deyə Barry Britaniyanın qatıldığı proqramların birində deyib.

Barry və onun keçmiş əri Toni İngiltərədə surroqat analıq yolu ilə uşaq sahibi olan ilk gey cütlük olub. O vaxtdan bəri onlar öz biznesləri ilə milyonlar qazanıblar. Milyonçu altı uşağı, sevgilisi, keçmiş əri və onun sevgilisi ilə birlikdə ABŞ-ın Florida ştatında 10 hektar ərazidə nəhəng evdə yaşayır.

Barry qeyd edib ki, qızı Saffrona evdəki "ən bahalı" adamdır. O daim hər şeyin ən bahalısını alır. İndi ayrı olan Barry və Tony uşaq sahibi olmaq istədiklərinə qərar vermədən əvvəl 11 il birlikdə yaşayıblar.


1999-cu ildə Bary və Tony əkizləri ilə

 

 

Cütlük 1999-cu ildə Kaliforniyada surroqat anadan dünyaya gələn əkiz Saffron və Aspen adlı övladlara sahib olub. Onlar məhkəmədən doğum haqqında şəhadətnamələrə "ana və ata" deyil, "birinci valideyn" və "ikinci valideyn" kimi qeyd olunmasını tələb edərək, tarix yazmışdılar.
 

Saffron hal-hazırda evlidir, onun Marina adlı bir qız övladı və öz kosmetik şirkəti var

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR