Baydenin qardaşı ifadə verməyə çağırıldı
ABŞ prezidenti Co Baydenin qardaşı Ceyms Bayden ABŞ Konqresində ifadə verməyə çağırılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi X sosial şəbəkəsindəki səhifəsində dərc edib.
Ceyms Baydenin fevralın 21-də transkript müsahibəsi üçün görünəcəyi bildirilir. "Biz onun ifadəsini gözləyirik" deyə komitə bildirib. Bayden Amerika liderinin qohumlarının biznesində iştirakı ilə bağlı ifadə verməli olacaq.
Dekabrın 17-də "The Washington Post" qəzeti yazıb ki, Ceyms Bayden ABŞ-nin hazırkı prezidentinin vəzifələrindən istifadə edərək siyasi problemləri həll etmək üçün uzun illərdir pul alırmış. Ceymsin "işə qəbul üzrə məsləhətçi və pərdəarxası siyasi fiksator" kimi işi çox vaxt qardaşının vəzifələri ilə iç-içə olub.
Dekabrın 28-də Nümayəndələr Palatasının Respublikaçı üzvləri Ceyms Komer və Cim Cordan Baydenin oğlu Hanterin işində onun sövdələşməsinə dair məlumatları yoxlamaq niyyətlərini açıqlayıblar.
İnci