İlon Maska “SOYUQ DUŞ”: 56 milyardlıq maaşı…

İlon Maska “SOYUQ DUŞ”: 56 milyardlıq maaşı…

“SpaceX” şirkətinin təsisçisi İlon Maskın 56 milyard dollarlıq maaşı ilə bağlı qərar verilib.

 

Sfera.az xəbər verir ki, “Tesla” tərəfindən iş adamına verilən əmək haqqı ləğv edilib. Buna səbəb isə məbləğin həddindən artıq çox olmasıdır.

 

Qeyd edək ki, 2018-ci ildə qərara alınan əmək haqqı müqaviləsi ABŞ korporativ tarixində ən böyük məbləğdə müqavilə olub. Bu isə Maskın dünyanın ən zəngin insanı olmasına kömək edib. 

 

“Bloomberg” və “Forbes” 2023-cü ilin noyabrında onun xalis sərvətini 198 milyard dollar ilə 220 milyard dollar arasında qiymətləndirib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR