Deputatın fotoşop edilən görüntüləri GÜNDƏM OLDU: Sinəsi böyüdüldü və... - FOTO

Deputatın fotoşop edilən görüntüləri GÜNDƏM OLDU: Sinəsi böyüdüldü və... - FOTO

Avstraliyanın məşhur “Nine” kanalı deputatın fotosunda dəyişiklik edərək yayımlayıb.

 

Sfera.az xəbər verir ki, fotoda Viktoriya ştatının deputatı Corci Pursalın geyindiyi qolsuz ağ maykanın orijinal halı dəyişdirilib. Belə ki, xüsusi proqramlar vasitəsilə maykanın göbək hissəsi açılıb və 31 yaşlı millət vəkilinin sinəsi böyüdülüb. Bununla bağlı millət vəkili  də sosial media hesabında orijinal şəkillər paylaşaraq geyiminin necə dəyişdiyini göstərib. “Öz evində oturub televizorda bədəninin dəyişdiyini görmək qəribədir. Son 24 saat ərzində mənim başıma gələnləri heç vaxt bir kişi siyasətçi yaşamazdı. Əsas fərq odur ki, mən bütün göbək hissəmə tatu vurdurmuşam”.​

 

Kanal isə bildirib ki, hadisə səhvən baş verib. Fotonun manipulyasiyası süni intellektlə əlaqələndirilib və heç bir işçinin onu dəyişdirmədiyi vurğulanıb.  Lakin bu açıqlama deputatı qane etməyib. O, bu barədə “X” sosial şəbəkəsində də paylaşım edərək narazılığını ifadə edib.

 

“Photoshop”un sahibi olan “Adobe” isə bildirib ki, təsvirə edilən bu dəyişikliklər insan müdaxiləsi tələb edir.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...