Avropada hərbi dəhliz YARADILIR: Ordu daha sürətlə hərəkət edəcək

Avropada hərbi dəhliz YARADILIR: Ordu daha sürətlə hərəkət edəcək

Hollandiya, Polşa və Almaniya hərbi dəhliz yaratmaq haqqında bəyannamə imzalayıblar.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı məlumatı “X”də (keçmiş “Twitter”) Hollandiya müdafiə naziri vəzifəsini icra edən Kaysa Ollonqren açıqlayıb.

 

Ollonqrenin şərhinə görə, razılaşmanın əldə edilməsində məqsəd ordunun sərhədləri keçən zaman bürokratik maneələri aradan qaldırmaqdır: “Biz mühüm addım atdıq. Nəzərdə tutulan dəhliz Şimal dənizindən NATO-nun şərq cinahına qədər olan əsas dəhlizlərdən birinə aiddir. Hərbi personalı və yükləri daha sürətli və səmərəli şəkildə daşımaq üçün bizə “hərbi Şengen” lazımdır”.

 

Ollonqren bu tədbirin Avropanı daha da gücləndirəcəyinə əminliyini ifadə edib. Müqavilə yanvarın 30-da imzalanıb.

 

“The Times” daha əvvəl yazmışdı ki, NATO “hərbi Şengen” sistemi çərçivəsində bütün Avropada hərbi dəhlizlərin yaradılması ilə bağlı danışıqlar aparır. Belə bir azad hərbi hərəkət zonasının yaradılması ilə bağlı NATO-nun Birgə Logistika Komandanlığının rəhbəri Aleksandr Solfrank çağırış etmişdi.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...