Parisdə dünyanın ən bahalı şərabı oğurlandı - FOTO

Parisdə dünyanın ən bahalı şərabı oğurlandı - FOTO

Parisdə məşhur "Ratatouille" cizgi filmində istifadə olunan "La Tour d'Argent" restoranından dünyanın ən bahalı şərabı yoxa çıxıb.
 

Sfera.az xəbər verir ki, dəyəri 1,5 milyon avrodan çox olan şərab restorandan oğurlanıb. Bu, dünyanın ən bahalı şərablarından biri hesab olunan alkoqollu “Romanée Conti”dir.
 

Şərabın dəqiq nə vaxt itdiyi məlum deyil, çünki sonuncu inventar yoxlama 2020-ci ilin yanvarında aparılıb. Şərabın yoxa çıxması isə yalnız indi 300 min şüşəni əhatə edən növbəti inventarlaşdırma zamanı aşkar edilib. Qeyd edək ki, 2018-ci ildə 1945-ci ildən qalmış bir şüşə “Romanée-Conti” 482.000 avroya satılmaqla, o zaman dünyanın ən bahalı şüşəsi olub.

 

Ötən həftə Fransa polisinə şikayət edilib, lakin quldurluq faktı aşkar edilməyib.
 

2020-ci ildə aparılan son inventarlaşdırmaya görə, təxminən 83 şüşə itkin hesab olunur. Amma butulkalar nömrələndiyi üçün oğrunun onları satması çətin olacaq.


İtkin butulkalar arasında bahalı şərab istehsalı ilə məşhur olan Burqundiya mülkü “Domaine de la Romanée-Conti” şərabı da var.
 

Fərdi şüşələr təqribi beş rəqəmli qiymətə satıla bilər. Son hesablamaya görə, “1966 Grands Échézeaux Domaine De La Romanée-Conti Grand Cru Nicolas” 4,057 avro dəyərindədir.
 

1940-cı ildə faşistlərin Parisə hücumu zamanı restoran sahibi Klod Terrail ən qiymətli şərab şüşələrini zirzəmidə yalançı divarın arxasında gizlətmişdi.
 

Restoran Sena çayına və Notr-Dam Kilsəsinə baxır. Tarixçilərin bu məlumatı inkar etməsinə baxmayaraq, restoranın tarixi 1582-ci ilə qədər gedib çıxdığı bildirilir və "Parisdəki ən qədim restoran" kimi təsvir edilir.


“La Tour d'Argent” 19-cu əsrdə əsasən “qanlı ördək” kimi tərcümə olunan “Canard au sang” adlı ördək yeməyi ilə məşhurlaşıb.
 

2022-ci ildə aparılan geniş təmirdən sonra restoran keçən avqust ayında yenidən açılıb. İndi restoran birinci mərtəbədəki bar, lüks otel dəsti, terras və yeməkxanada açıq mətbəxdən ibarətdir.
 

Restoranın şərab siyahısı təxminən 8 kq ağırlığındadır və müştərilərə araba ilə daşınmalıdır.
 

Bir çox dövlət başçıları və krallar bu məşhur restoranın qonaqları siyahısındadır. Xüsusilə, Kraliça II Elizabet 1948-ci ildə burada nahar edib. Onun məşhur müştəriləri arasında Çarli Çaplin, Teodor və Franklin Ruzvelt, Salvador Dali, Bred Pitt və Ancelina Coli də var.

 

Restoran, həmçinin məşhur restoranda aşpaz olmaq arzusunda olan gənc siçovulun hekayəsindən bəhs edən “Pixar”ın 2007-ci ildə çəkdiyi “Ratatouille” cizgi filminə də ilham verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bağçalarla bağlı şad xəbər: 77 milyon manat ayrıldı

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı keyfiyyətə...

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...