Belqorodda qəzaya uğrayan təyyarənin vurulduğu TƏSDİQLƏNDİ

Belqorodda qəzaya uğrayan təyyarənin vurulduğu TƏSDİQLƏNDİ

Qara qutu məlumatları Belqorod vilayətində vurulan Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsinin xarici təsirlərə məruz qaldığını təsdiqləyir.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

"Qara qutunun məlumatları İl-76 qəzasının bütün mümkün versiyalarını istisna edir və təyyarənin xarici təsirlərə məruz qaldığını, yəni havada vurulduğunu təsdiqləyir. Hər şey göz qabağındadır", - deyə agentliyin həmsöhbəti bildirib.

 

O əlavə edib ki, qara qutunun məlumatlarının təhlili davam edir. (APA)


OXŞAR XƏBƏRLƏR