ABŞ prezidentliyinə namizəddən ÇAĞIRIŞ: “Cavabdeh İran liderləri istefaya göndərilsin!”
ABŞ prezidentliyinə namizəd Nikki Haley Suriya və İordaniya sərhədindəki hərbi bazaya hücuma görə məsuliyyət daşıyan İran liderlərinin istefaya göndərilməsini istəyib.
Sfera.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. “İran bilir ki, ABŞ-yə qalib gələ bilməyəcək. Onlar bunu öz üzərlərinə götürmək istəmədiklərini bilirlər. Problem ondadır ki, sudan qan iyi gəlir. Onlar Baydenin Əfqanıstandan Ukraynaya qədər zəifliyinin iyini hiss edirlər ”, - deyə siyasətçi qeyd edib.
Heyli həmçinin əlavə edib ki, Baydenin administrasiyası “hansı İran liderlərinin qərarlar qəbul etdiyini öyrənməli və onları aradan qaldırmalıdır”. Namizədin təşviqat qərargahı nəşrə izah edib ki, o, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyini nəzərdə tutur. Siyasətçi İrana da analoji zərbə endiriləcəyi təqdirdə Yaxın Şərqdə eskalasiyanın mümkünlüyü ilə bağlı sualları da rədd edib.
Bundan əvvəl ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton respublikaçıları İrana görə Baydenə təzyiq göstərməyə çağırmışdı. Onun fikrincə, Ağ Ev rəhbəri İrana qarşı çox yumşaqdır və bu, ABŞ qüvvələrinə hücumları mümkün edir.
Xatırladaq ki, yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak ölüb. Son məlumata görə, xəsarət alan hərbçilərin sayı isə 34-ə çatıb.
Əzizə Zeynal