İlk dəfə insan beyninə çip yerləşdirildi - İlon Mask AÇIQLADI

İlk dəfə insan beyninə çip yerləşdirildi - İlon Mask AÇIQLADI

Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, “X” sosial səhifəsində yazıb.

 

“Dünən ilk şəxsə “Neuralink” çipi qoyuldu, əməliyyatdan sonra sağalma yaxşı gedir”, - deyə İ.Mask qeyd edib ki, cihazın performansı perspektivli görünür.

 

Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

 

"İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, - deyə o sözlərinə əlavə edib.

 

“Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq. (Azərtac)

 


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....